Norveçdə Təhsil haqqında hər şey

Norveçdə Təhsil haqqında hər şey

Norveçdə Təhsil haqqında
Norveçdə Universitetlərinə qəbul
Norveçdə Təhsilin üstünlükləri
Norveçdə Təhsil üçün ən yaxşı 10 Universitet
Norveçdə Təqaüd imkanları
Norveçdə Təhsil üçün qəbul şərtləri

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Norveç özünəməxsus təbiəti və yüksək həyat keyfiyyəti ilə ən aşağı cinayət nisbətinə və ən inkişaf etmiş demokratiyaya malikdir. Norveçdə təhsil almaq istəyirsinizsə ingilis dilini yaxşı bilməlisiniz. Dünyanın ən yaxşı təhsil verən ölkələri sırasında Norveç də yüksək pillədə yer alır. Hər il bir çox xarici tələbələr Norveçdə təhsil alır.
Norveçdə bakalavr təhsili almaq üçün mütləq şəkildə Norveç dilini bilməlisiniz. Bu səbəbdən Norveçdə təhsil almaq istəyən tələbələrin böyük hissəsi magistratura təhsili üçün müraciət edir.

Niyə Norveçdə təhsil almalıyam?
1. Həyat keyfiyyətləri, iqtisadi inkişafın yüksək olması
2. Yüksək və keyfiyyətli təhsil sisteminin olması
3. Dünya ölkələri sırasında daha təhlükəsiz ölkə olması
4. Dünyanın ən yüksək mədəniyyətli ölkəsi olması
5. Təbiəti dağlarla, meşəliklərlə əhatə olunması 
6. Təhsilinin ödənişsiz olması və s.

Beynəlxalq tələbələr üçün Norveçin ən yaxşı 10 universiteti
1. Oslo Universiteti
2. Bergen Universiteti
3. Norveç Elm və Texnologiya Universiteti
4. Norveç Arktika Universiteti
5. Norveç Həyat Elmləri Universiteti
6. Ağder Universiteti
7. Norveç İqtisadiyyat Universiteti
8. Norveç Biznes Məktəbi
9. Nord Universiteti
10. Oslo Memarlıq və Dizayn Məktəbi

Norveçdə Təqaüd imkanları
Norveçdə dövlət universitetlərində təhsil haqqı olmadığı üçün təqaüd imkanları geniş deyil. Təqaüd imkanları olsa da, bu proqramlar adətən maddi imkanları zəif olan xarici tələbələr üçün nəzərdə tutulur.

Norveçdə Təhsil üçün qəbul şərtləri

Bakalavr təhsili üçün
Attestat
Norveç dili tələbi
Fotoşəkil
Pasport

Magistr təhsili
Bakalavr diplomu
IELTS 6.0
Əlavə keyfiyyətlər
Tövsiyyə məktubu
CV
Bir il öncədən müraciət