
Türkiyədə burslar
Türkiyə Universitetlərində necə BURSLU təhsl ala bilərəm?
Burslu Təhsil-Tələbələrin təhsil haqqı ödənişlərinin dövlət tərəfindən və ya qəbul olunduğu
özəl universitet tərəfindən qarşılanmasıdır. Türkiyə xarici tələbələr üçün burs programları
təşkil edir. Azərbaycanlı tələbələrin yararlandığı burs programından biridə Türk Dili
Konuşan Ülkeler Burs Programıdır.Program əsasən Azərbaycan Qazaxıstan, Özbəkistan,
Türkmənistan və s. ölkələrin tələbələri üçün təkil olunmuşdur. Təqaüd programı bakalavr,
magistr və doktorantura səviyyələrini əhatə edir. Təqaüd programında iştirak etmək üçün
namizədlərdən tələb olunan bəzi kriteriyalar vardır:
1. Bakalavr təhsili üçün 21 yaşın altında olmaq
2. Magistr təhsili üçün 30 yaşın altında olmaq
3. Doktorantura təhsili üçün isə 35 yaş altında olmaq
4. Minimum akademik nailiyyət (hər hansı bir təhsil müəssisəsində qiymət ortalaması)
Bakalavr namizədləri üçün ortalama 70%
Magistr namizədləri və Doktorantura namizədləri üçün 75%
Tibb elmləri(Tibb, Stomatologiya və Əczaçılıq) üçün isə akademik ortalama 90% olmalıdır.
Müraciət əsasən internet üzərindən edilir və bu sənədlər tələb olunur:
1. Şəxsiyyət vəsiqəsi və ya xarici pasport
2. Yaxın zamanada çəkilmiş fotoşəkil
3. Milli imtahan nəticəsi(varsa)
4. Diplom və müvəqqəti məzuniyyət sənədi
5. Akademik transkriptlər
6. Beynəlxalq İmtahan Nəticələri (GRE, GMAT ,YDS, YÖS,ALES və s.)seçilmış proqram
tərəfindən tələb olunarsa.
7. Dil testi nəticləri (seçilmiş proqram tələb edərsə)
8. Araşdırma mövzusu təklifi və gördüyünüz işin yazılı bir nümunəsi (yalnız doktorantura
müraciətləri üçün)
Türkiyə universitetlərində tədrisin türk dilində olmasına baxmayaraq, bəzi kafedralar və
universitetlər ingilis və digər dillərdə də tədrisi həyata keçirə bilirlər. Buna görədə bu
proqramlarda təhsil almaq istəyən namizədlərin beynəlxalq səviyyədə tanınmış dil bilik
sertifikatı olmalıdır. SAT, TOEF,L GRE, GMAT və s. imtahan sertifikatları tələb olunur.
Proqramda iştirak https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-
apply internet səhifəsi üzərindən aparılır.